24 
Okt
2018
17:12
43
65
3067
Virtual karabakh

“BakuBuild Azerbaijan 2018” sərgisi - VİDEO

24 Okt, 2018
17:12
3067

“BakuBuild Azerbaijan 2018” sərgisi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı Ekspo Mərkəzində inşaat, layihələndirmə və memarlıq sahəsinin ən mötəbər tədbirlərindən biri – “BakuBuild Azerbaijan 2018” sərgisi keçirilir. Uzun illərdir ki, sərgi bu sahənin peşəkarlarını öz platformasında bir araya gətirir və ən son yeniliklərini nümayiş etdirir. 

Azərbaycan şirkətlərinin fəal iştirakı “BakuBuild Azerbaijan” sərgisinin uğuru üçün böyük töhfə hesab edilir. Təqdim olunan məhsul və texnologiyaların 40 faizi yerli şirkətlərindir.

“Made in Azerbaijan” brendi altında yerli şirkətlər öz məhsullarını beynəlxalq səviyyədə təqdim etmək üçün bu sərgidən istifadə edir. Bundan əlavə, onu da qeyd edək ki, hər il müxtəlif dünya ölkələrini təmsil edən minlərlə mütəxəssis sərgini ziyarət edir və biznes tərəfdaşları ilə əlaqə yaradır. 

Baku TV əməkdaşlarının hazırladığı süjeti təqdim edirik:

İlhamə Kələyeva, Musa Vladimir
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Baku TV xəbərləri