30 
Okt
2018
15:20
15
103
4019
Virtual karabakh

Psixoloq: Düşünürlər ki, daş yesələr günləri uğurlu olacaq - VİDEO

30 Okt, 2018
15:20
4019

Psixoloq: Düşünürlər ki, daş yesələr günləri uğurlu olacaq - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xalq artisti Aygün Kazımova müsahibələrindən birində torpaq yediyini deyib. O bildirib ki, uşaq vaxtı evə gələn qonaqların ayaqqabılarının altındakı torpağı yeyirmiş. 

Əlbəttə, təkcə Aygün Kazımova deyil, bu cür qeyri-məhsulları yeməyi və qoxulamağı xoşlayanlar kifayət qədərdir.

Həkim – terapevt Nahid Məhərrəmov orqanizmin bu maddə və materialı tələb etməsinə səbəbin anemiya – yəni qan azlığı olduğunu bildirib:

“Kimsə əhəng, plastik qablar, plastilin, kömür yeməyi sevir. Yaxud da, hər hansı bir qoxunu xoşlayıb dəfələrlə qoxulamağı sevənlər var. Bu xüsusiyyətlər, adətən, orqanizmdə hər hansı bir mikroelement çatmayanda və anemiya xəstələrində baş verir”.

Müsahibimiz həmin maddələri qəbul edənlərin sağlamlıqlarına ciddi ziyan vurduğunu da qeyd edib:

“Bu kimi hallar qaraciyər xəstəliyinə, mədə-bağırsaq yırtılmalarına, qanaxmaya və digər ağır fəsadlara gətirib çıxara bilir”.

Həkim bildirib ki, əgər bir insan dəmir, şüşə kimi materiallar yeyirsə və ya xoşlayırsa bu orqanizmin tələbi deyil, psixoloqa müraciət olunmalıdır:

“Həmin adamın qəbul etdiyi metalı xoşlaması üçün hər hansı bir xəstəlik yoxdursa, o zaman mütləq psixoloqa və psixiatra müraciət edilməlidir”.

Psixoloq Fuad Əsədov isə bildirib ki, bəzi insanlar təkcə daş, torpaq, taxta yeməklə kifayətlənmir, hətta xəzəl də yeyirlər. O, bu kimi davranışların psixoloji faktorlardan qaynaqlandığını əsaslandırıb:

“Bəzən həmin şəxslər düşünürlər ki, torpaq, daş yesələr günləri uğurlu keçəcək. Şizofren xəstələr torpaq və ya daş yeyərkən hər hansı bir dadlı yeməyi yeyirmiş kimi təsəvvür edirlər”.

Fuad Əsədov belə davranış pozuntularının xüsusi terapiyalarla müalicə olunduğunu qeyd edib:

“Müalicə prosesi bəzən həftələrlə sürə bilir. Biz həmin şəxsləri xüsusi terapiya və müalicələrlə bu kimi maddələri yeməkdən çəkindiririk. Şizofreniyadan əziyyət çəkənlər, təkcə psixoterapiyalarla kifayətlənmək olmur, dərman müalicəsi də lazımdır”.

İlhamə Kələyeva, Musa Vladimir, Valeh Arifoğlu
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri