22 
Fev
2019
17:58
37
334
5580
Virtual karabakh

Pirşağının yolları bərbad vəziyyətdədir - VİDEO

22 Fev, 2019
17:58
5580

Pirşağının yolları bərbad vəziyyətdədir - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sakinlərin şikayəti Pirşağı qəsəbəsi “Lokomotiv” adlanan ərazidəndir. 

Belə ki, yol ayrıcının bir hissəsi təmir olunsa da, digər hissəsi təmirsiz və bərbad vəziyyətdədir. 

Sakinlər bildirirlər ki, yolun bu vəziyyətdə olması onların gediş-gəlişi üçün çətinlik yaradır.

“Baku TV”nin əməkdaşları adıçəkilən qəsəbədə real vəziyyətlə tanış olub. 

Çəkiliş apardıqları müddətdə onlar yolların, həqiqətən də, bərbad vəziyyətdə olmasının, nəqliyyat vasitələrinin çətinliklə hərəkət etməsinin şahidi olublar.

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, həmin ərazi onların nəzarətində deyil.

“Ancaq onu deyə bilərik ki, bu ildən qəsəbədaxili yolların təmirinə start verilib. Yaxın gələcəkdə  həmin yollarda təmir işləri aparılacaq”, - deyə o əlavə edib.

 Sail Ağasəlim, Valeh Arifoğlu

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri