15 
Apr
2019
13:41
28
178
4019
Virtual karabakh

Bakı sakinlərinin lift dərdi: Düzgün istifadə etməyiblər? - VİDEO

15 Apr, 2019
13:41
4019

Bakı sakinlərinin lift dərdi: Düzgün istifadə etməyiblər? - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Paytaxtın Nizami rayonu, Elşən Süleymanov 59 ünvanında yaşayan bina sakinlərinin şikayəti yaşadıqları binada liftlərin işləməməsi ilə bağlıdır. 

Oxu.Az-ın məlumatına görə, 2007-ci ildən istifadəyə verilən binanın liftlərinin işləməməsi sakinləri 10 mərtəbəli binanı ayaqla qalxıb düşməyə vadar edir.

Sakinlər bina tikilərkən köhnə liftlərin quraşdırıldığını deyirlər. Onlar bu barədə dəfələrlə binanın məxsus olduğu “Çənlibel” MTK-nın sədrinə məlumat versələr də, bir nəticə əldə edə bilməyiblər.

Məsələ ilə bağlı “Çənlibel” MTK-nın sədri Vüsal Abdullayevlə əlaqə saxladıq. Sədr problemin səbəbini sakinlərin liftdən düzgün istifadə etməməsi ilə əlaqələndirdi. Vüsal Abdullayev sakinlərin binaya köhnə liftlərin quraşdırılması ilə bağlı ittihamlarını da təkzib etdi.

Sail Ağasəlim, Orxan Hüseynzadə

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri