18 
Apr
2019
16:13
147
23
3895
Virtual karabakh

Daun sindromlu Vladın hekayəsi: olimpiada qalibidir, filmlərə çəkilir - VİDEO

18 Apr, 2019
16:13
3895

Daun sindromlu Vladın hekayəsi: olimpiada qalibidir, filmlərə çəkilir - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İnsanların bəziləri daun sindromu ilə dünyaya gələnlərin məhdud çərçivədə yaşadıqlarını və ya yaşamalı olduqlarını düşünürlər.

Bakıya fərqli inkişaf özəllikləri olan uşaqlara həsr olunan “Fərqli Fərdlər” konqresində iştirak etmək üçün gələn 38 yaşlı Vlad Sanotski bu baryeri aşan şəxslərdəndir. 

Daun sindromu xəstəlik deyil. Bunun təzahür etməsinin səbəbi insanda 46 xromosom əvəzinə, 47 xromosomun olmasıdır.

Vlad Sanotskinin özünəməxsus maraq dairəsi və arzuları var. Yeddi yaşından üzgüçülüklə məşğul olan müsahibimiz fiziki imkanları məhdud insanlar arasında keçirilən olimpiadanın qalibi olub. O, həm də teatr, musiqi, atçılıq və şeirlə maraqlanır. Bir neçə filmə çəkilən müsahibimizin hazırda ən böyük arzusu İngiltərəyə gedib Prins Hamiltonun rolunu ifa etməkdir.

Vlad Sanotskinin uğurları haqqında xarici mətbuatda geniş məqalələr dərc olunub.

Baku TV əməkdaşlarının hazırladığı süjeti təqdim edirik:

İlhamə Kələyeva, Valeh Arifoğlu

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri