22 
Apr
2019
20:35
19
286
5446
Virtual karabakh

Binəqədidə vəziyyət: İcra nümayəndəsi “düzələcək” deyir, “Azərsu“ təkzib edir - VİDEO

22 Apr, 2019
20:35
5446

Binəqədidə vəziyyət: İcra nümayəndəsi “düzələcək” deyir, “Azərsu“ təkzib edir - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Binəqədi rayonunun Məmməd Əmin Rəsulzadə qəsəbəsində, Yeni Yaşayış Massivi adlanan ərazidə sakinlər acınacaqlı şəraitdə yaşayırlar.

Oxu.Az xəbər verir ki, minlərlə sakinin məskunlaşdığı qəsəbədə nə kanalizasiya sistemi, nə də rahat gediş-gəliş üçün yol var.

Qəsəbə sakinləri əlaqədar qurumlara müraciət etməkdən yorulublar, amma hələ də nəticə əldə edə bilməyiblər.

Sakinlər bildirirlər ki, yolların bərbad vəziyyətdə olması nəticəsində yağışlı günlərdə şagirdlər məktəbə gedə bilmirlər.

Məsələ ilə bağlı Binəqədi rayon İcra Hakimiyyətindən bildiriblər ki, biz artıq “Azərsu” ASC-yə müraciət etmişik, verilən məlumata görə, artıq həmin ərazi əsas layihəyə salınıb:

“Bu cür problemlər rayonun bir neçə ərazisində yaşanır. Məsələ İcra Hakimiyyətinin diqqətindədir”.

Məsələnin maraqlı tərəfi isə odur ki, icra nümayəndəsinin söylədiklərini “Azərsu” rəsmisi inkar edir. Mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı YeniYaşayış Massivi ilə bağlı heç bir layihə olmadığını bildirir. Qurum rəsmisi bu ərazi  ilə bağlı hər hansı maliyyə ayrılmadığını deyir.

Sail Ağasəlim, Valeh Arifoğlu

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri