May
2019
12:06
21
260
3077
Virtual karabakh

Ağdamda qəza: bir ailənin üç üzvü yaralandı - VİDEO

2 May, 2019
12:06
3077

Ağdamda qəza: bir ailənin üç üzvü yaralandı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ağdam rayonunun Quzanlı qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az xəbər verir ki, 10-RP-220 dövlət nömrə nişanlı, “Mercedes” markalı avtomobil qarşıdan gələn 99-CT-388 nömrə nişanlı evakuatorla toqquşub.

“Mercedes” markalı avtomobil zərbənin təsirindən yol kənarında dayanan 10-SA-870 dövlət nömrə nişanlı, “VAZ-2107” markalı avtomobilə çırpılıb.

Nəticədə, “Mercedes”in sürücüsü İldırım Qasımov, 10 yaşlı oğlu Elcan Qasımov və qardaşı qızı, 5 yaşlı Ayan Qasımova xəsarət alıb.

Onlar Ağdam rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı Ağdam rayon Polis Şöbəsində araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri