May
2019
15:42
125
85
3087
Virtual karabakh

Bakı sakinləri babalarımızın qəhrəmanlığı haqqında - VİDEO

9 May, 2019
15:42
3087

Bakı sakinləri babalarımızın qəhrəmanlığı haqqında - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün alman faşizmi üzərində tarixi qələbədən 74 il keçir. Azərbaycanda 9 May - faşizm üzərində Qələbə Günü kimi qeyd olunur.

Baku TV bu tarixi günü nəzərə alaraq şəhər sakinləri arasında sorğu keçirib.

Görəsən onlar babalarımızın qəhrəmanlıqları haqqında nə qədər məlumatlıdır?

Həmin cavabları təqdim edirik:

Xatırladaq ki, 1939-cu il sentyabrın 1-də faşist Almaniyası “Barbarossa” planı əsasında Polşanı işğal edib. Bununla da bəşəriyyət tarixinə ən qanlı müharibə kimi daxil olan İkinci Dünya müharibəsi başlayıb. XX əsrdə İkinci Dünya müharibəsi illəri bəşəriyyət üçün ən ağır və dəhşətli dövr olub. Həmin dövlərdə Azərbaycan xalqı həm cəbhə bölgələrində, həm də arxa cəbhədə böyük qəhrəmanlıq və igidlik nümunələri göstərib. 1941-1945-ci illərdə 600 mindən çox azərbaycanlı oğlan və qız cəbhəyə yollanıb. Azərbaycan diviziyaları Qafqazdan Berlinədək mübariz yol keçib. 130-dək həmyerlimiz Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 30 nəfər “Şərəf ordeni”, 170 min Azərbaycan əsgər və zabiti SSRİ-nin müxtəlif orden və medalları ilə təltif edilib.

İlhamə Kələyeva, Orxan Hüseynzadə

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri