15 
May
2019
13:02
30
332
5928
Virtual karabakh

Binədə dəhşət: sakinlər kanalizasiya suları axıdılan kanaldan su içirlər - VİDEO

15 May, 2019
13:02
5928

Binədə dəhşət: sakinlər kanalizasiya suları axıdılan kanaldan su içirlər - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xəzər rayonu Binə qəsəbəsi, “Bakovtomat” yolu adlanan ərazidə yaşayan 2000-dən çox sakin içməli su verilmədiyi üçün şikayət edirlər.

Sakinlər bildirir ki, evlərinə 200 metr məsafədə su xətti olmasına baxmayaraq, ərazidə yaşayan sakinlərə su verilmir. Məsul qurumlar isə səbəb kimi, həmin ərazidə dəmiryolu xəttinin olmasını göstərirlər.

Əlacsız qalan sakinlər çirkabla dolu olan, vaxtaşırı kanalizasiya xətlərinin də axıdıldığı Samur-Abşeron kanalından içməli su mənbəyi kimi istifadə edirlər.

Ərazidə yaşayanlar problemlə bağlı dəfələrlə həm Xəzər rayon icra nümayəndəliyinə, həm də “Azərsu” ASC-yə müraciət etsələr də, heç bir nəticə əldə olunmayıb.

Daha ətraflı videosüjetdə:

Sail Ağasəlim, Valeh Arifoğlu

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri