19 
May
2019
14:55
272
20
5009
Virtual karabakh

180 il keçsə də, bu çarx Azərbaycanda hələ də işləyir - VİDEO

19 May, 2019
14:55
5009

180 il keçsə də, bu çarx Azərbaycanda hələ də işləyir - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Cənub bölgəsində dulusçuluq sənətinin yaşı çox qədimə dayanır. Ötən əsrdə Lənkəranda onlarla dulusçu ailəsi bu sənətlə məşğul olurdusa, indi barmaqla sayılacaq qədərdir. Babasından miras qalan dulusçuluq sənətini bu günümüzədək yaşadan Əkbərovlar ailəsi kimi.

Oxu.Az xəbər verir ki, Lənkəran rayonunun Separadi kənd sakini Zahid Əkbərov 11 yaşından saxsı qablar və təndirlər hazırlayır. O, bu sənəti atası Mirəşrəfdən öyrənib. Atası isə öz atasından. 120 il ömür sürən babası Həsənqulu dulusçuluq çarxını 20 yaşında hazırlayıb. 180 il keçməsinə baxmayaraq, çarx bu gün də işlək vəziyyətdədir.


Dulusçu Zahid Əkbərov deyir ki, bu işdə əsas palçığı seçməkdir.

“Gil iki cür olur: saxsı qablar və təndir üçün. Saxsı qabın tərkibində qum olmamalıdır. Qumsuz möhkəm olur”. 

Xanlıqlar dövründən bu günə kimi Lənkəranda saxsı qablar istehsalı ilə yüzlərlə sənətkar məşğul olub. İllər sonra bu saxsı qabları məişətimizdə, mətbəximizdə sənaye üsulu ilə hazırlanan mis, alüminium qablar əvəz etdikcə, dulusçuluq sənətinə maraq azalmağa başlayıb. Son zamanlar isə dulusçuluq peşəsinə gənclərin marağının artdığını deyən Z. Əkbərov buna əsas kimi şagirdlərinin çox olmasını göstərir. Bu da o deməkdir ki, babalarımızdan bizə miras qalan dulusçuluq sənəti Lənkəranda yeni sənətkarlar nəslinin yetişməsi ilə qorunub yaşadılaraq gələcək nəsillərə ötürüləcək.

Rövşən Mövlan

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri