17 
İyl
2019
16:36
31
271
6355
Virtual karabakh

Qanunsuz parkinq ödənişləri: Qorxuram, pul verməsəm, maşınımı cızarlar - VİDEO

17 İyl, 2019
16:36
6355

Qanunsuz parkinq ödənişləri: Qorxuram, pul verməsəm, maşınımı cızarlar - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakının bir çox yerlərindəki parkinqlərdə qeyri-qanuni olaraq pul yığılması ilə bağlı dəfələrlə məlumat verilib. Vaxtaşırı olaraq müəyyən dövlət qurumlarından vəziyyətlə bağlı açıqlamalar verilməsinə baxmayaraq, problem hələ də həllini tapmayıb.

Hətta bəzi yerlərdə parkinqlərdə ödəniş tələb edən şəxslərin xüsusi səyyar aparatı var. Sözügedən şəxslər avtomobilini park etmək istəyən sürücülərə yaxınlaşaraq 50 qəpikdən başlayaraq 1 manata qədər ödəniş tələb edirlər. Gözləmə vaxtlarına görə qiymətlər çox ola bilir.

Şəhərin mərkəzi yerlərində, ictimaiyyətin və  daxili işlər orqanlarının işçilərinin gözü qarşısında qeyri-qanuni pul tələb edən bu şəxslərin qarşısı alınmır.

Sürücülər də bu vəziyyətdən narazıdır. Bəzi vətəndaşlar deyir ki, “qorxuram, birdən pul verməsəm, avtomobilimi cızarlar, təmiri də bahadır”.

Vətəndaşlar onlara pul verməyin düzgün olmadığını düşünürlər:

“Hamısı qeyri-qanuni zəbt olunmuş yerlərdir. Maşını harada saxlayırıqsa, biri gəlib pul istəyir. Bunun səbəbi indiyə kimi məlum deyil. Bir azdan insan evinin qarşısında maşın saxlayanda da gəlib deyəcəklər ki, pulu ver”.

Baku TV əməkdaşları həmin “pul tələb edən” şəxslərə yaxınlaşaraq suallarına cavabı özlərindən almaq istəyib.

Onlar isə sualdan yayınıb, müxbirə müqavimət göstərib və ya tabe olduqları müəyyən yer olduğunu bildiriblər. Amma “ora”nın hara olduğu məlum deyil.

Sail Ağasəlim

Valeh Arifoğlu

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri