28 
Okt
2019
22:12
184
19
4142
Virtual karabakh

Ekspert rəyi: Poznerkimilərin Qarabağın tarixindən xəbərləri yoxdur - VİDEO

28 Okt, 2019
22:12
4142

Ekspert rəyi: Poznerkimilərin Qarabağın tarixindən xəbərləri yoxdur - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-ın Kaliforniya ştatında rusiyalı məşhur telejurnalist, ermənipərəst mövqeyi ilə seçilən Vladimir Poznerlə təşkil edilən görüş zamanı jurnalist, azərbaycanlı gənc Arzu Məmmədovanın sualı qarşısında çətin vəziyyətə düşüb.  

Arzu Azərbaycanın Dağlıq Qarabağ bölgəsindən olduğunu, ölkəmizdə bir çox xalqların sülh və əmin-amanlıq şəraitində yaşadığını söyləyib.  

O bildirib ki, Vladimir Pozner kimi səviyyəli jurnalist qərəzsiz olmalıdır.  

“Dağlıq Qarabağ Ermənistanın rəsmi olaraq işğal etdiyi ərazidir. İşğal olunmuş Azərbaycan torpaqlarının qeyd-şərtsiz azad edilməsini tələb edən bir sıra BMT qətnamələri var. Dünyanın heç bir ölkəsi, o cümlədən Ermənistan da Dağlıq Qarabağı müstəqil kimi tanımır. Siz Ermənistanı dəstəkləməklə qadın və uşaq qatillərini alqışlayırsınız və bununla da minlərlə azərbaycanlıya, məcburi köçkünlərə, o cümlədən mənə və ailəmə qarşı ayrıseçkilik edirsiniz. Söz azadlığı ilə nifrət hissi arasındakı xətt haradan keçir?”, - deyə Arzu Məmmədova bildirib. 

Bununla bağlı “Baku TV”yə müsahibə verən Arzu Pozneri susdurmaq üçün lazimi bütün tarixi faktlarının olduğunu bildirib. 

Pozner kimi dünyada bir çox ermənipərəst jurnalist var. Onların Rusiya və digər ölkələrin televiziya kanallarında, saytlarında erməni tərəfindən çıxışlar etməsini də görmək mümkündür. Həmin jurnalistlərin və ictimai xadimlərin maliyyəsi hesabına erməni tərəfini dəstəkləməsi heç də şübhə doğurmur.  

Tərəfini tutduqları ölkənin tarixindən xəbərdar olmamaları və sadə suallar qarşısında susmaları bunu təsdiq edir. Ekspertlər hesab edir ki, informasiya müharibəsinin olduğu dövrdə hər bir Azərbaycanlının üzərinə böyük məsuliyyət düşür.  

Həmçinin Azərbaycanı ölkədən xaricdə təmsil edən qurumlar, xüsusən də diasporamız ciddi addımlar atmalı və düz olduğumuz tarixi, dünya ictimaiyyətinə düzgün çatdırmaq üçün səyləri əsirgəməməlidirlər. Böyük bir tarixi olan, müasir dövrümüzdə güclü və inamlı iqtisadi-siyasi addım atan Azərbaycana, inkişaf etmiş və inkişafda olan ölkələr böyük tərəfdaş kimi baxırlar.  

Erməni tərəfi isə nə qədər jurnalist satın almasından asılı olmayaraq keçmiş tarixini heç zaman dəyişdirə bilməyəcək. Çünki dəyişdirmək üçün tarix lazımıdır.  

Tehran Orucoğlu, Orxan Hüseynzadə

Bizimlə əlaqə saxlayın

Digər Baku TV xəbərləri