Noy
2019
21:05
20
145
8010
Virtual karabakh

Binədəki “Ölüm binası”ndan reportaj - VİDEO

1 Noy, 2019
21:05
8010

Binədəki “Ölüm binası”ndan reportaj - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xəzər rayonunun Binə qəsəbəsində, Rizvan Məmmədhüseynov küçəsi 27-də yerləşən bu bina uzun illərdir ki, qəzalı vəziyyətdədir.  

48 ailənin yaşadığı bina hər an dağılma təhlükəsi ilə üz-üzədir. Binanın bərbad vəziyyəti və bir neçə dəfə bədbəxt hadisənin baş verməsinə görə, sakinlər buranı “ölüm binası” da adlandırırlar.  

Belə ki, burda yaşayan ailənin bir neçə üzvü xəstəliyə tutulub ölüb. Dəfələrlə isə uşaqlar yıxılaraq xəsarət alıblar.  

Sakinlər binada qəzalı vəziyyətlə bağlı dəfələrlə həm rayon icra hakimiyyətinə, həm də digər qurumlara müraciət etməklərinə baxmayaraq sakinlərin dili ilə desək, məsul qurumlar edilən şikayətləri “yola veriblər”.  

Problemin ciddi olduğunu nəzərə alaraq Xəzər Rayon İcra Hakimiyyətinə yollansaq da, burada bizə verilən cavab belə oldu: 

“Mediaya açıqlama vermirik, gedin, münasibət öyrənmək üçün ərizə ilə bizə müraciət edin, sonra açıqlama verək”.  

Bəli, görünən odur ki, məsul qurumların məsələyə laqeyd münasibəti 48 ailənin həyatını hələ bir müddət də təhlükə altında saxlayacaq.  

Məsələnin ciddiyyətini nəzərə alaraq mövzunu diqqətdə saxlayacağıq.  

Sail Ağasəlim 

Firdovsi Mərdanov 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri