26 
Dek
2019
21:51
200
41
10926
Virtual karabakh

Bakıda “yiyəsi çıxmayan” qəsəbənin bitməyən dərdinə çarə tapıldı - FOTO/VİDEO

26 Dek, 2019
21:51
10926

Bakıda “yiyəsi çıxmayan” qəsəbənin bitməyən dərdinə çarə tapıldı - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bir neçə gün əvvəl “yiyəsi çıxmayan” Binə qəsəbəsi, Südçülük sovxozu adlanan ərazidə yaşayan sakinlərin su və yol problemləri haqqqında məlumat vermişdik.

Baku TV-nin reportajından sonra qəsəbənin faktiki olaraq Suraxanı rayonuna aid olduğu müəyyənləşib. Bu gün isə Suraxanı icra hakimiyyətinin başçısı Əziz Əzizov və digər icra nümayəndələri əraziyə gələrək sakinlərin problemləri ilə maraqlanıb. Görüş ərzində sakinlər mövcud problemlərini şəxsən icra başçısına çatdırıblar.

İcra başçısı sakinlərin əsas problemi olan yolun asfaltlaşmasını öz üzərinə götürüb. Ərazinin tamamilə sənədləşmə və su problemlərinin isə ümumilikdə aprel ayına qədər öz həllini tapacağına söz verib. 

Sail Ağasəlim

Elgün Hümbətov

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri