15 
Yan
2020
19:55
38
153
8874
Virtual karabakh

Xətaidə yeni salınacaq yol sakinlərin etirazına səbəb olub - VİDEO

15 Yan, 2020
19:55
8874

Xətaidə yeni salınacaq yol sakinlərin etirazına səbəb olub - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xətai rayonu, Gəncə prospekti bina 67-də yaşayan sakinlər binanı təhlükə altına atacaq yolun çəkilişinə etiraz edirlər. Görüntülərdən də aydın olur ki, yeni çəkiləcək yolla binanın fasad divarları arasında məsafə də tikinti normalarına heç cür uyğun deyil. 

Üstəlik, ərazinin sürüşmə zonası olması isə vəziyyəti daha açıq şəkildə göz önünə qoyur. Yaşayış binası ilə tikiləcək yolun arasında məsafə 5 metr olar, ya olmaz. Mövcud problemlə bağlı rayon icra hakimiyyətinə edilən müraciətlərə verilən cavab isə qaneedici olmayıb.

Problemlə bağlı Xətai rayon icra hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər üzrə şöbə müdiri Pənah İmanov müsahibə verərək bildirdi ki, sözügedən problemdən xəbərdardırlar. Məsələ artıq şəxsən icra başçısının da nəzarətindədir. İcra nümayəndəsi onu da əlavə etdi ki, sakinlər etiraz edirlərsə, demək ki, problem var. Hazırda bu barədə araşdırmalar apararaq başqa alternativlər axtarılır.

Sail Ağasəlim 

Firdovsi Mərdanov

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri