11 
Fev
2020
18:38
201
44
4800
Virtual karabakh

“Bizim həyət” layihəsi çərçivəsində Pirallahı rayonunda daha bir həyət abadlaşdırıldı - VİDEO

11 Fev, 2020
18:38
4800

“Bizim həyət” layihəsi çərçivəsində Pirallahı rayonunda daha bir həyət abadlaşdırıldı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

IDEA ictimai birliyinin təmirə ehtiyacı olan həyətlərin abadlaşdırılmasına yönəlmiş “Bizim həyət” layihəsi çərçivəsində daha bir yenilənən həyət sakinlərin istifadəsinə verilib. Sözügedən həyət Pirallahı rayonunda 400 nəfər sakinin yaşadığı dörd yaşayış binasını əhatə edir. 

Baku.TV xəbər verir ki, abadlaşma işləri yekunlaşan növbəti həyətdə əlil və sağlamlıq imkanları məhdud olan insanların rahat hərəkəti nəzərə alınıb. Gənclərin asudə vaxtlarının səmərəli keçirmələri üçün şahmat və futbol meydançası, velosiped yolu, uşaq meydançası salınıb. 

“Burada belə bir şərait yox idi. Bu məhəllənin yaradılması burada yaşayan insanların bir-birinə olan münasibətini dəyişdi. Daha da yaxın, mehriban və həmrəy oldular”, - deyə məhəllə sakinlərindən biri bildirib. 

Əlavə olaraq həyətdə yeni işıqlandırma dirəkləri quraşdırılıb, binaların fasadları, dam örtükləri təmir olunub. Ərazidə üç ədəd söhbətgah inşa edilib, oturacaqlar, tullantılar üçün qutular quraşdırılıb və yaşıllıq zolağı salınıb. 

Layihənin əsas məqsədi Bakı həyətlərinin ekoloji cəhətdən təmiz və abad edilməsi, yaşıllıqların bərpa edilməsi, sakinlər üçün həyat şəraitinin yaxşılaşdırılmasıdır.  Sözügedən layihənin Bakının bütün rayonlarında həyata keçirilməsi nəzərdə tutulur. 

 

Bizimlə əlaqə saxlayın

Digər Baku TV xəbərləri