27 
Fev
2020
22:02
24
157
7627
Virtual karabakh

Düyməli bıçaq, şaqqıltı səsi və öldürülən uşaqlıq: 19 yaşlı Orxanın həyat hekayəsi - VİDEO

Uşaqlıqdan seçilmək, böyük adam olmaq istəyi ilə yaşayan 19 yaşlı Orxanın ağlına belə gəlməzdi ki, nə zamansa tale onun arzularını əksinə dəyişəcək.  

Baku TV-nin “Gənc məhbus” layihəsinə öz həyat hekayəsini danışan Orxan deyir ki, hər şey 7-ci sinifdə başladı.  

Dərslərində hər zaman yüksək nəticə göstərən Orxanı birdən-birə məktəbdəki hər kəs düşmən gözündə görməyə başladı. Oxuduğu məktəbdə hər kəsi ona qarşı çevirən həmin şəxs sonda gəncin səbr kasasını daşırmağı bacardı. Orxan nə olursa olsun, özünü sübut etmək istəyirdi. Qarşısında isə iki yol var idi. Ya məsələni sülh yolu ilə həll etmək, ya da illərin intiqamını almaq.  

Məhəllənin seçilən uşağı, məktəbin öz dili ilə desək lideri olan 19 yaşlı qəhrəmanımızın özü inana bilməsə də, artıq əli qana batmışdı. 

18 yaşında özünü qocalmış əldən düşmüş hiss edən Orxanın məhkəməsi bitir. Öz istəyi ilə təslim olan, bir il, altı ay həbs qərarından sonra onun ən çətin və eyni zamanda ən uğurlu yolu məhz bundan sonra başlayır.  

Yaşıdlarından, sinif yoldaşlarından, ən əsası ailəsindən ayrı düşən Orxanın məhkumluq həyatı boyu istedadı və bacarığı sayəsində həyat hardasa üzünə gülə bildi. Həbsxanada olarkən hər kəs onun istedadından xəbər tutdu. Beləliklə, bir işiq, bir ümid və yaşamağa davam... 

Deyir ki, törətdiyi cinayətdən peşman deyil. Amma onunla müsahibəmiz boyu sözlərindən bəlli olurdu ki, hardasa peşmançılıq hisləri keçirir. Bu gün aktyorluğa böyük həvəsi olan Orxan böyük uğurlar ardınca addımlayır. Hazırda gitara müəllimi kimi fəaliyyət göstərir. Həmçinin şou proqramlarda illuziyaçı kimi çıxış edir. Heykəltaraşlıq və rəssamlıq üzrə çalışır.  

Qəhrəmanımızın növbəti məqsədi universitetə qəbul olub, gecikən ali təhsilini almaqdır.

Bizimlə əlaqə saxlayın

Digər Baku TV xəbərləri