11 
Apr
2020
18:59
52
402
3805
Virtual karabakh

Bakıda bir sıra heyvan kəsimi və ət satışı yerlərində antisanitar vəziyyət aşkarlandı - VİDEO

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları hüquq mühafizə orqanları və yerli icra orqanlarının əməkdaşları ilə koronavirusa qarşı mübarizə tədbirləri çərçivəsində paytaxtın bir sıra rayonlarında fəaliyyət göstərən heyvan kəsimi və satışı yerlərində reydləri davam etdirir.

Reydlər zamanı heyvan kəsiminin və ət satışının antisanitar şəraitdə və baytarlıq ekspertizası aparılmadan həyata keçirildiyi məntəqələr aşkarlanıb. Yerli icra orqanlarının əməkdaşları tərəfindən qida təhlükəsizliyi tələblərinə uyğun olmayam dəmir konstruksiyalar sökülüb və ərazi dezinfeksiya olunub.

Eyni zamanda, Agentlik əməkdaşları tərəfindən kəsimlə məşğul olan şəxslərə öz fəaliyyətlərini qanunvericiliyin tələblərinə uyğun qurmaq və heyvan kəsimini mərkəzləşdirilmiş, müasir kəsim məntəqələrində həyata keçirmək barədə bildirişlər təqdim olunub.

Ətraflı Baku.TV-nin reportajında:

Bizimlə əlaqə saxlayın

Digər Baku TV xəbərləri