29 
May
2020
23:25
36
240
9684
Virtual karabakh

Dələduzlar xüsusi təyinatlı geyimləri necə əldə edirlər? - VİDEO

29 May, 2020
23:25
9684

Dələduzlar xüsusi təyinatlı geyimləri necə əldə edirlər? - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kimsə bəlkə də uşaqlıq arzularını gerçəkləşdirir, kimsə isə fürsətdən istifadə edərək, geyindikləri forma ilə dələduzluq edir.

Söhbət son günlərdə sürətlə yayılan “qəhrəmanlardan” gedir. Məsuliyyətə cəlb olunduqları zaman isə müxtəlif bəhanələr gətirirlər.

Bəzisi bu formaları mağazalardan aldığını, bəzisi isə onlayn sifariş etdiyini bildirir. Hərbi formaların satışı Bakı Tekstil fabrikində də həyata keçirilir.

Amma necə? Xüsusi xidməti vəsiqə ilə?

Elə bu suallara cavab tapmaq üçün onlarla əlaqə saxlamağa çalışsaq da, telefon zənglərimiz cavabsız qaldı.

Sosial şəbəkələrdə, saytlarda da bu formaların satışı ilə məşğul olan şəxslər var. Onlar isə adi mağazalardan fərqli olaraq, rahatlıqla, heç bir problem olmadan hərbi formaların sifarişinin qəbul olunduğunu bildirirlər.

Hərbi ekspert Şair Ramaldanov məsələ ilə bağlı bunları deyib:

“Düzdür, qanunvericiliklə hərbi formanın mülki vətəndaşlar tərəfindən alınmasına, satılmasına, onun daşınmasına qadağa qoyulmasa da, burada söhbət məsələnin mənəvi tərəfindən gedir. Bununla belə müəyyən məhdudiyyətlər də var. Belə ki, əməliyyat-axtarış fəaliyyəti subyektlərinin, hərbi qulluqçuların və prokurorluq işçilərinin fərqlənmə nişanları olan hərbi və xüsusi geyim formalarını qanunsuz olaraq daşımağa görə inzibati xətanın obyekti olmuş hərbi və xüsusi geyim forması müsadirə edilməklə iyirmi beş manatdan qırx manatadək cərimə edilir”.

Ekspertlər onu da bildirirlər ki, hərbi formaların satılması ilə bağlı bəzi addımlar atılmalıdır. Həmin satış mərkəzlərinə ciddi xəbərdarlıq edilməli, qadağa qoyulmalı, sənəd təqdim edilmədən hərbi forma satan kəslər isə cəzalandırılmalıdır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri