Sen
2020
15:37
19
176
2703
Virtual karabakh

Sumqayıt sakinlərinin bitməyən problemləri: Telefon və internet xətləri, yol, zibil qutuları... – VIDEO

8 Sen, 2020
15:37
2703

Sumqayıt sakinlərinin bitməyən problemləri: Telefon və internet xətləri, yol, zibil qutuları... – VIDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sumqayıtda 250 ailə telefon və internet xəttindən məhrum qalıb.

Baku TV xəbər verir ki, Sumqayıt şəhərinin 76-cı məhəlləsində 250 ailənin yaşadığı evlərə telefon və internet xətti çəkilmir. Sakinlər deyirlər ki, məsul şəxslər buna səbəb kimi xətti çəkmək üçün materiallarının olmamasını göstərirlər.

Məsələ ilə bağlı Sumqayıt şəhər Telekommunikasiya qovşağı ilə əlaqə saxlamağa çalışsaq da, bu işə məsul olan şəxsləri iş başında tapa bilmədik.

Məhəllə sakinlərinin sosial problemləri bununla bitmir. Ərazidə nə yol var, nə də tullantıların atılacağı zibil qutuları... 

Ümidvarıq, Sumqayıt şəhər 76-cı məhəllənin sakinlərinin problemləri qısa zamanda öz həllini tapacaq.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri