Sen
2020
14:00
82
233
4646
Virtual karabakh

Türkiyədə karantin qaydaları sərtləşdirilib - VİDEO

9 Sen, 2020
14:00
4646

Türkiyədə karantin qaydaları sərtləşdirilib - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyə hökuməti koronavirusla mübarizə çərçivəsində ölkənin bütün ictimai yerlərində tibbi maskalardan məcburi istifadəni tətbiq edir. Artan yoluxma halları ilə əlaqədar ölkədə bir sıra karantin tədbirləri sərtləşdirilib. 

“Koronavirus pandemiyası səbəbindən ölkənin bütün ictimai yerlərində maska taxmaq məcburidir” - bu barədə Türkiyənin Daxili İşlər Nazirliyinin məlumatında deyilir. 
Beləliklə, qonşu Türkiyə koronavirusla mübarizə çərçivəsində ölkənin bütün ictimai yerlərində tibbi maskalardan istifadəni icbari edib. 

Ölkənin Daxili İşlər Nazirliyinin açıqlamasında, həmçinin qeyd olunub ki, ictimai nəqliyyatda sərnişinlərin ayaq üstə getmələrinə icazə verilməyəcək. Bundan əlavə, restoran, bar, klub və hotellərdə konsertlərin təşkili və ya musiqi qruplarının çıxışı qadağan olunur. 

Qeyd edək ki, Türkiyədə koronavirusa ilk yoluxma faktı martın 10-da Avropadan qayıdan yerli bir sakində qeydə alınıb. Bu günə qədər ölkədə koronavirusa yoluxanların ümumi sayı 283 mini keçib, 6 782 nəfər ölüb, 253 mindən çox türkiyəli sağalmağı bacarıb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri