10 
Sen
2020
00:06
20
321
12540
Virtual karabakh

Abşerondakı ağır qəzada xəsarət alanların kimlikləri bəlli oldu – YENİLƏNİB+VİDEO

10 Sen, 2020
00:06
12540

Abşerondakı ağır qəzada xəsarət alanların kimlikləri bəlli oldu – YENİLƏNİB+VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Abşeron rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, qəza rayonun Saray qəsəbəsinə gedən yeni avtomobil yolunda qeydə alınıb.

Hərəkətdə olan 50-DG-539 və 90-EN-982 dövlət nömrə nişanlı iki “Mercedes” markalı minik avtomobili toqquşub. Qəza nəticəsində 1965-ci il təvəllüdlü Fərhad Fərhadov, 1969-cu il təvəllüdlü Adil Məmmədov, 1986-cı il təvəllüdlü Firdovsi Novruzov, 1965-ci il təvəllüdlü Rafiq Rüstəmov, 1994-cü il təvəllüdlü Şamil Şahbazov, 1975-ci il təvəllüdlü Aygün Muradova, 1995-ci il təvəllüdlü Bəhruz Şahmuradov, 1968-ci il təvəllüdlü Fərəməz Vəlişov və 1951-ci il təvəllüdlü Tamam Muradova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Əraziyə təcili tibbi yardım xidmətinin və yol polisinin əməkdaşları cəlb olunub. Yaralılar Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər.

Xəsarət alanların içərisində vəziyyəti ağır olanların olduğu bildirilir.

Qəzaya yolun qaranlıq olmasının səbəb olduğu ehtimal edilir.

Faktla bağlı araşdırma aparılır.

22:30

Şər vaxtı Abşeron rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib.

Baku TV xəbər verir ki, qəza Saray qəsəbəsində qeydə alınıb. İki “Mercedes” markalı minik maşınlarının toqquşması, 10-a yaxın insanın xəsarət alması ilə nəticələnib.

Dərhal hadisə yerinə Yol Patrul Xidməti əməkdaşları cəlb olunub. Hal şahidlərinin dediklərinə görə, Təcili Tibbi Yardım briqadası əraziyə gec gəldiyindən, yaralıları vətəndaşlar öz şəxsi avtomobilləri ilə xəstəxanalara çatdırıblar.

İlkin versiya kimi hadisəyə ötmə əməliyyatının düzgün yerinə yetirilməməsi səbəb olub. Vətəndaşların sözlərinə görə, yolda işıqlandırmanın olmaması analoji hadisələrin tez-tez baş verməsinə səbəb olur.

Hər halda, hadisənin təffərüatı aparılan araşdırmalardan sonra bəlli olacaq.

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri