15 
Sen
2020
17:08
33
159
1982
Virtual karabakh

Dərslik kitabları dezinfeksiya edilibmi? - VİDEO

15 Sen, 2020
17:08
1982

Dərslik kitabları dezinfeksiya edilibmi? - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dərsliklər paylanmadan əvvəl dezinfeksiya olunubmu? Nəzərə alsaq ki, vərəqlərin dezinfeksiya məhlulu ilə təmizlənməsi real deyil. Kitablar yarasız hala düşəcək, onda bəs bu dərsliklər necə dezinfeksiya olunmaldır? 

Baku Tv mövzu ilə bağlı maraqlı süjet hazırlayıb. 

Bu gündən artıq yeni tədris ili başlayıb. Amma narahatlıq doğuran əsas məqamlardan biri dərsliklərin paylanmasının gecikməsi yox, onların gigiyenik vəziyyətidir. Hələ bir müddət əvvəl köhnə dərsliklərin dezinfeksiya edildikdən sonra şagirdlərə paylanılacağı barədə məlumatlar yayılıb, amma valideynlər dərsliklərin dezinfeksiyasını evlərində tibbi spirtlə etdiklərini deyirlər. 

Həkim Adil Qeybullanın sözlərinə görə, dezinfeksiyaedici maddələrin kimyəvi tərkibi var. Bu maddələr dərsliyin şriftini yararsız hala sala bilər. Dərsliklər isə oxumaq üçündür. Əgər şrifti pozulsa, şagird dərslikdən lazımi biliyi əldə edə bilməyəcək. Bu baxımdan dərsliklərin dezinfeksiyası kimyəvi məhlullarla yox ultrabənövşəyi şüalarla həyata keçirilməlidir. Həkim onu da bildirib ki, koronavirus əşyaların üzərində uzun müddət yaşaya bilmədiyindən, dərsliklərdən virusun keçmə ehtimalı çox azdır. 

Təhsil nazirliyindən verilən məlumata görə, isə dərsliklər paylanılmadan əvvəl kitabxana şəraitində dezinfeksiya edilib. 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri