17 
Sen
2020
13:18
9
161
2158
Virtual karabakh

Ucarın kəndi bir ildir susuz qalıb - VİDEO

17 Sen, 2020
13:18
2158

Ucarın kəndi bir ildir susuz qalıb - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ucar rayonunda daha bir kənd su problemi ilə üzləşib.

Baku Tv xəbər verir ki, rayonun Bərgüşad kəndi artıq bir ildən çoxdur ki, susuz qalıb. 

Bərgüşad kəndi rayon mərkəzindən 35 kilometr uzaqlıqda yerləşdiyindən kanalın suyu həmin əraziyə qədər gedib çatmır.

Sakinlərin sözlərinə görə, kəndə təsərrüfat suyu ilə yanaşı, içməli suyu da almaq məcburiyyətində qalıblar. 5-6 ton suyu almaq bir ailəyə 30-40 manata başa gəlir.  Dəfələrlə yerli sakinlər bələdiyyə və icra nümayəndələrinin qəbulunda olsalar da, nəticəsi olmayıb. Kəndlilər ötən ilin payız aylarında əkdikləri taxıl sahələrini belə suvara bilməyiblər.

Məsələ ilə bağlı Ucar Suvarma Sistemləri idarəsindən şifahi olaraq bildirdilər ki, hazırda su kanallarında və çaylarda suyun səviyyəsinin aşağı düşməsi Bərgüşad kəndi ilə yanaşı, bir neçə kənddə su qıtlığı yaradıb. Ucar rayonunda suvarılan sahələrin 80 faizi Yuxarı Şirvan kanalının, qalan 20 faizi isə Göyçay və Türyan çaylarının payına düşür.

Qeyd edək ki, hazırda Göyçay, Türyan və Yuxarı Şirvan kanalında suyun səviyyəsi normadan çox aşağıdır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri