Okt
2020
14:30
1382
49
7874
Virtual karabakh

Qobustan könüllülərini cəbhəyə yola saldı - VİDEO

1 Okt, 2020
14:30
7874

Qobustan könüllülərini cəbhəyə yola saldı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ölkəmizin hər yerində olduğu kimi Qobustan rayonunda da işğal altında olan torpaqlarımızı düşməndən azad etmək üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə yerli şöbəyə minlərlə vətəndaş müraciət edib. 

Müraciət edən vətəndaşlardan bir qrupu könüllü olaraq cəbhə bölgəsinə yola salınıb. Gənclər cəbhəyə sevinclə yollanır. Düşmənə göz dağı verən bu görüntülər Qobustanda lentə alınıb. 

Azərbaycanda qismən səfərbərlik elan edilməsindən sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən ehtiyatda olan hərbi vəzifəlilərin hərbi hissələrə yola salınması davam edir. Bununla yanaşı könüllü olaraq qeydiyyatdan keçən və ordu sıralarına qatılmaq istəyən yüzlərlə gənc cəbhəyə yollanıb. Ordumuzun gücünə güc qatmağa gedənləri yola salmağa ailə üzvüləri ilə yanaşı körpə övladları da gəlib. 

Döyüşə yollanan gənclər yüksək döyüş ruhunda olduqlarından, qələbə əzmi ilə yola düşdüklərindən qürur hissi ilə danışdılar. 

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri