14 
Noy
2020
10:04
635
11
4802
Virtual karabakh

Qubada qazilərlə görüş keçirildi - VİDEO

14 Noy, 2020
10:04
4802

Qubada qazilərlə görüş keçirildi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev və hüquq-mühafizə orqanlarının rəhbəri Dağlıq Qarabağ uğrunda gedən döyüşlərdə yaralanan beş hərbi qulluqçunun evində olublar.

Rayonun Zərdabi qəsəbəsində qazi Zöhrab Dənyalovun ailəsində olan rayon rəhbərliyi yaralının səhhəti və problemləri ilə maraqlanıb. Ailə üzvlərinə belə vətənpərvər övlad yetişdirdiklərinə görə minnətdarlıqlarını, cəbhədə göstərdiyi şücaətə görə, hər bir vətəndaşın qazilərimizlə fəxr hissi keçirdiyini bildiriblər.

Daha sonra rayon rəhbərliyi Çartəpə kəndində Ramin Şükürovun, Xucbala kəndində Xaləddin Qocayevin ailəsinə baş çəkiblər. Hər zaman dövlətin onların yanında olduğunu bildirən rayon icra hakimiyyəti rəhbərliyi göstərdikləri şücatə görə hər bir qaziyə təşəkkür ediblər.

Rayonun Amsar kəndində Anar Quliyevin və Birinci Nügədi kəndində Elman Tarverdiyevin ailəsində keçirilən görüşdə də əsgərlərimizin qəhrəmanlıqlarından və Ali Baş Komandanın tapşırığı ilə keçirilən döyüşlər nəticəsində torpaqlarımızın düşmən tapdağından azad olunmasından fəxrlə söhbət açılıb, 30 illik həsrətə son qoyulduğu bildirilib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri