Yan
2021
11:26
13
129
2062
Virtual karabakh

Neftçala sakinlərinin yol dərdi - VİDEO

6 Yan, 2021
11:26
2062

Neftçala sakinlərinin yol dərdi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Neftçala sakinləri yolsuzluqdan əziyyət çəkir.

Təxminən beş ilə yaxındır ki, sürücülər və sərnişinlər Şorsulu-Qaçaqkənd-Xolqarabucaq-Xəzərkənd avtomobil yolunda əziyyətə qatlaşmalı olurlar. 

Sakinlər yeddi il bundan öncə sözügedən avtomobil yolunda təmir işlərinin aparıldığını bildirirlər. Amma onların sevinci heç iki il də çəkməyib. Ağır tonnajlı yük maşınlarının intensiv hərəkəti nəticəsində yol yenə də bərbad hala düşüb. 

Neftçala rayonundakı 50 nömrəli yol istismarı Məhdud Məsuliyyətli Cəmiyyətdən Baku TV-yə şifahi olaraq bildirilib ki, sözügedən yol dislokasiyası edilərək, Qaçaqkənd-Qırmızıkənd-Xolqarabucaq-Xəzərkənd avtomobil yolu olmaqla, 29,6 kilometrdən 42 kilometrə çatdırılıb. Bu yolun yenidən layihələndirilməsi işləri aparılıb. 

Daha ətraflı Baku TV-nin videoreportajında:

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri