22 
Yan
2021
19:53
25
498
4684
Virtual karabakh

İşbazlar qəhrəmanlarımızın adından icazəsiz istifadə edirlər - VİDEO

22 Yan, 2021
19:53
4684

İşbazlar qəhrəmanlarımızın adından icazəsiz istifadə edirlər - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Polad Həşimov adına “Şən uşaq bağçası” və ya adi “Uşaq bağçası” kimi reklam lövhələrinə sosial şəbəkələrdə tez tez rast gəlmək olur. Hətta zəng edərək maraqlanan şəxslərə “siz gəlin, biz xidmətlərimiz barədə məlumat verərik”, - deyirlər.

Özəl obyektlərə Milli Qəhrəman General Polad Həşimovun adının qeyri qanuni verilməsi, ailəsinin narazılığı ilə qarşılanıb.

Məktəbəqədər tədris müəssisəsi bir neçə dəfə fəaliyyətlərini dayandıracağını desə də, buna əməl etməyiblər. Ailəsi generalın adının hara, necə gəldi verilməsinə narazıdır.

Generalın bacısı Kəmalə Həşimova deyir ki, qardaşının adına açılan uşaq bağçasına sosial şəbəkələrdə bir neçə dəfə rast gəlib. Özü həmin bağçalardan biri ilə əlaqədə saxlayıb. İşbazların generalın bacısına verdiyi cavab heç də ürəkaçan olmayıb…

Ətraflı Baku TV-nin süjetində:

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri