15 
Apr
2021
10:36
2267
308
4732
Virtual karabakh

Böyük futbola ehtiyac olmayanda: Sumqayıtda stadionun ortasından yol çəkildi - VİDEO

15 Apr, 2021
10:36
4732

Böyük futbola ehtiyac olmayanda: Sumqayıtda stadionun ortasından yol çəkildi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sumqayıt Dövlət Universitetinin ərazisində olan stadion iki hissəyə ayrılaraq ortasında yol çəkilib. 

Baku TV xəbər verir ki, stadionun içindən çəkilən yolun hər iki tərəfinə ağac və gül kolları da əkilib. 

Sumqayıt Dövlət Universitetinin Həmkarlar İttifaqı Komitəsinin sədri Elmar Xəlilov Baku TV-yə bildirib ki, 15 il əvvəl idman dərsləri tədris planında yer alsa da, sonradan respublikada təhsilin Bolonya sisteminə keçidi bu sahəni tamamiylə ləğv edib: 

“Bu səbəbdən SDU-da belə bir stadionun mövcudluğuna lüzum görülməyib. Tələbələr üçün universitet daxilində qapalı yaşıl örtüklü stadion var. Mini-futbol meydançası yaradılıb. SDU-nun idman zalında hər cür şərait var”.

Ətraflı süjeti təqdim edirik:

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri