10 
May
2021
13:35
21
224
3528
Virtual karabakh

Güclü küləyin qırdığı ağac evin dam örtüyünü deşdi - VİDEO

10 May, 2021
13:35
3528

Güclü küləyin qırdığı ağac evin dam örtüyünü deşdi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ölkə ərazisində davam edən qeyri-sabit hava şəraiti bölgələrdə də fəsadlara səbəb olub.

Baku TV xəbər verir ki, Goranboyda axşam çağı güclənən külək rayonun Məmməd Məhərrəmov küçəsi 14 ünvanında yerləşən iki mərtəbəli qəzalı binanın üzərinə qovaq ağacı düşüb. Belə ki, ağac evin dam örtüyünü dələrək içəri daxil olub. Ev sahibəsi iri ağac parçasından özünü xəsarətsiz qurtara bilib. Evin azyaşlı sakinləri isə daha çox həyəcan keçiriblər. 

Güclü küləkdən sonra evin dam örtüyü deşildiyindən yağış suları da mənzilə ziyan verib. Məmməd Məhərrəmov küçəsi 14 ünvanında yerləşən ikimərtəbəli bina iki il əvvəl təhlükəli vəziyyətə düşdüyündən sakinlərə binanın tərk edilməsi barədə bildiriş verilib. Amma bəzi insanlar hələ də həmin binada yaşadıqlarını deyirlər. Onlara yeni mənzilin verilməsi barədə verilən vəd isə, hələ ki, yerinə yetirilmir. 

Qeyd edək ki, güclü külək rayonun digər ərazilərində də fəsadlar törədib. Qızılhacı qəsəbəsində irigövdəli ağac Goranboy-Tərtər yoluna aşıb. Həmçinin, təbiət hadisəsi zamanı rayonun Qızılhacılı qəsəbəsi, Balakürd kəndi, Boluslu, Məşədiqaralar, Eyvazlılar kəndləri səhər saatlarına qədər elektrik enerjisindən məhrum olub. Bölgədə qeyri-sabit hava şəraiti davam edir.

Mingəçevirdə güclü yağış, ardından əsən külək bir sıra fəsadlar törədib. Şəhərin Dilarə Əliyeva küçəsində iri qovaq ağacı aşaraq yolu bağlayıb. Bir müddət həmin küçədən avtomobillərin və piyadaların hərəkəti mümkünsüz olub. İri qovaq ağacı yolun digər tərəfində yerləşən şadlıq sarayına da ziyan vurub. Xoşbəxtlikdən yaxınlıqdakı beşmərtəbəli bina zərər görməyib. 

Şəhərin Nəriman Nərimanov prospektində aşan digər ağac da adıçəkilən ünvanda avtomobillərin hərəkət etdiyi yola düşüb. Təbiət hadisəsi zamanı xəsarət alan olmasa da, avtomobillərin gediş-gəlişində çətinlik yaranıb. Aidiyyəti qurumun əməkdaşları iri gövdəli ağacların yola düşən hissəsini ərazidən təmizləyərək, yaranmış çətinliyi aradan qaldırıblar. 

Güclü külək nəticəsində Mingəçevirin bir neçə ünvanında elektrik enerjisinin verilişində də fasilələr yaranıb. Hazırda bölgədə qeyri-sabit hava şəraiti davam edir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri