25 
May
2021
18:16
340
46
5195
Virtual karabakh

Ölmüş vəhşi heyvanlara ikinci həyat verən gənc - VİDEO

25 May, 2021
18:16
5195

Ölmüş vəhşi heyvanlara ikinci həyat verən gənc - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qaxlı gəncin ölü heyvanlara ikinci nəfəs verir.

Baku TV xəbər verir ki, Qax sakininin həyətində çöl pişiyi, yenot, çaqqal, bayquş, qırqovul, leylək, sağsağan və s. heyvanları görmək olar.

Abdulla Tağıyev ixtisas olaraq memardır. O, bu gün öz sahəsində çalışmaqla yanaşı hobbisinə də vaxt ayıra bilir. Hobbi demişkən, bu elə bir hobbidir ki, hər deyən insan bu hobbi ilə məşğul ola bilməz. 

Qəza zamanı və yaxud da hansısa təbii proses nəticəsində ölən vəhşi heyvanlar sanki canlı kimidir. Abdulla hər bir cansıza ikinci nəfəs verir. Təbiət aşiqi olan qəhrəmanımız söyləyir ki, bu hobbi onun həyatının bir parçasıdır. Ancaq o, maketlərin hazırlanmasına müəyyən bir vəsait xərcləmək məcburiyyətindədir. Bu vəsaiti qarşılamaq və gələcəkdə sənətini davam etdirmək üçün Abdulla maketlərin bir-neçəsini satıb. Onun əsərlərinin ən ucuzu 100, ən bahası isə 1000 manata satılıb. 

Əvvəldə də qeyd etdiyimiz kimi heyvan maketləri ölmüş heyvandan hazırlanır. Heyvanın içi çıxarılır, xüsusi dərmanlar vurularaq qurudulur. Daha sonra iç hissəsi penoplastla doldurulur. Hər bir heyvan maketi yaşadığı mühitə uyğun olaraq hazırlanır. 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri