İyn
2021
12:42
16
462
2991
Virtual karabakh

Həkim səhvindən həyatı iflic olan uşaq - VİDEO

1 İyn, 2021
12:42
2991

Həkim səhvindən həyatı iflic olan uşaq - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ucar sakini Cəsarət Məmmədov serebral iflicdən əziyyət çəkir. 

Baku TV xəbər verir ki, rayonun Məlikballı kəndində yaşayan Cəsarət Məmmədov 2008-ci ildə anadan olub. Nənəsinin sözlərinə görə, nəvəsi doğuşdan sonra 15 gün müddətinə bir dəfə də olsa yeni doğulan uşaqlar kimi ağlamayıb. Bundan narahat ola ailə uşağı Bakıdakı xəstəxanaların birinə aparıblar. Müayinələr zamanı məlum olub ki, uşaq doğuş vaxtı həkimin əlindən yerə düşüb. Nəticədə uşağın çiyin sümüyü sınıb, başından da ağır kəllə beyin travması alıb. 

Ailəsi onu bir neçə il müayinə və müalicə etdirsələr də daha sonra maddi imkanları çatmadığı üçün yarımçıq qalıb. Atasının sözlərinə görə, Cəsarət əməliyyat olarsa, sağala bilər. Onun əməliyyatı üçün 50 min manat lazım olduğu üçün ailənin buna imkanı çatmır. 

Cəsarət sağlamlığına qovuşmaq üçün xeyirxah insanların, təkərli arabanı da almaq üçün aidiyyəti qurumların yolunu gözləyir. Yardım etmək istəyənlər 050 534-91-49 və 050 494-15-32 nömrəsi ilə əlaqə saxlaya bilər.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri