İyn
2021
16:28
25
260
9246
Virtual karabakh

Bakıda məşhur kafedəki yanğının səbəbi bilindi - YENİLƏNİB + FOTO/VİDEO

2 İyn, 2021
16:28
9246

Bakıda məşhur kafedəki yanğının səbəbi bilindi - YENİLƏNİB + FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda şəhəri, Nəsimi rayonu, Lev Tolstoy küçəsində yerləşən “Kibrit book cafe”də baş verən yanğının səbəbi bilinib.

Oxu.Az-ın məlumatına görə, kafedə yanğın qısa qapanmadan baş verib.

Yanğın kafenin mətbəxdə başlayıb, yaxınlıqdakı tikililərə keçib. 

Restoranın bir hissəsi tamamilə yararsız hala düşüb.

Fövqəladə Hallar Nazirliyindən saytımıza verilən məlumata görə, hadisə zamanı 13500 kvadratmetr olan ikimərtəbəli taxta konstruksiyalardan ibarət yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 75 kv.m. olan kafenin yanar konstruksiyaları 45 kv.m. sahədə, ümumi sahəsi 60 kv.m. olan kitabxananın tavanı 5 kv.m. sahədə, ümumi sahəsi 20 kv.m. olan birotaqlı mənzilin tavanı 20 kv.m. sahədə və dəhlizin tavanı 9 kv.m. sahədə, 2-ci mərtəbəsində dəhlizin döşəməsi 3 kv.m. sahədə (ümumi 82 kv.m. sahədə) yanıb. Yanğın zamanı tüstülənmiş mənzildən 2 nəfər yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

Kafedən fotoları təqdim edirik:

İlhamə Əbülfət

09:12

Bakıda yanğın hadisəsi baş verib.

Baku TV xəbər verir ki, hadisə Nəsimi rayonunu Lev Tolstoy küçəsində yerləşən kafelərin birində baş verib.

Səhər saatlarında mətbəxdə başlayan yanğın genişlənərək yaxınlıqdakı tikililərə və yaşayış binasına da keçib

Dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb edilib. Yanğın söndürülüb. 

Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri