22 
İyl
2021
16:12
144
32
5352
Virtual karabakh

Duzlu göldəki palçıq şəfalıdır? - VİDEO

22 İyl, 2021
16:12
5352

Duzlu göldəki palçıq şəfalıdır? - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hövsan-Zığ yolunda yerləşən “Duzlu göl” haqqında yəqin ki, hər kəs eşidib. Hər il yay mövsümündə minlərlə insan şəfa tapmaq məqsədilə bu gölə üz tutur. Gölün suyu duzlu və yodla zəngin olduğundan dəri xəstəliyindən əziyyət çəkənlər buraya gəlir. Eyni zamanda gölün müəyyən bir hissəsində çıxarılan palçığı bədənlərinə sürtən vətəndaşlar bu yolla şəfa tapacaqlarını düşünürlər.

Vətəndaşların sözlərinə görə, burada istirahət bir çox xəstəliyin dərmanıdır. Eyni zamanda pandemiyadan əvvəl buraya kifayət qədər turistin gəldiyi də bildirilir.

Həkim-terapevt Nahid Məhərrəmov bu məsələylə bağlı bildirib ki, bu göllərdən istifadə infeksiyaların yayılmasına şərait yarada bilər.

Tibb Universitetinin dosenti, tanınmış ictimai xadim Rəşid Mahmudov isə bildirir ki, “Duzlu göl”ün həm suyu, həm də maz kimi istifadə olunan palçığı faydalıdır.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, nazirlik bu göldə çimməyi 2006-cı ildə qadağan edib.

Daha ətraflı Baku Tv-nin süjetində:

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri