10 
Sen
2021
16:52
337
60
4003
Virtual karabakh

“Qafqazın Yerusəlimi” adlandırılan Qırmızı qəsəbədə “Roş-ha-Şana” bayramı qeyd edilir - VİDEO

10 Sen, 2021
16:52
4003

“Qafqazın Yerusəlimi” adlandırılan Qırmızı qəsəbədə “Roş-ha-Şana” bayramı qeyd edilir - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Quba rayonunun Qırmızı qəsəbəsi dünyada İsraildən sonra yəhudilərin yığcam yaşadığı nadir məkan sayılır.

“Qafqazın Yerusəlimi” adlandırılan qəsəbədə məskunlaşan yəhudilər uzun illərdir öz adət-ənənələrini yaşadırlar.

Hazırda bütün dünya yəhudiləri kimi, Qırmızı qəsəbə sakinləri də “Roş-Ha-Şana” bayramını, yəhudi təqviminə görə, 5 782-ci ili qarşılayırlar.

Bayramın vaxtı təqvimə görə dəyişsə də, hər il əsasən sentyabr ayına təsadüf edir. Yeni ilin başlanğıcı sayılan bu bayram günündə qəsəbə sakinləri dualar oxuyur, ehtiyacı olanlara əl tutur, tanrıdan günahlarının bağışlanmasını diləyirlər.

Yeni ilin ilk 10 günündə yəhudilər müxtəlif dini ayinləri yerinə yetirir, tövbə edir, müqəddəs “Tövrat”ı oxuyurlar.

Qeyd edək ki, dağ yəhudilərinin Qubada məskunlaşması XVIII əsrin ortalarına təsadüf edir.

Fətəli xanın Quba xanlığına rəhbərlik etdiyi dövrlərdə bütün ətraf ərazilərdə yaşayan yəhudilər bura köçməyə başlayıblar. Həmin vaxt salınan yəhudi məhəllələrində 10-dan çox sinaqoq inşa olunub. Uzun illərdir buradakı yəhudilər azərbaycanlılarla birlikdə sülh və əmin-amanlıq şəraitində yaşayırlar. Burada yəhudilərin dini icması və milli mədəniyyət mərkəzi fəaliyyət göstərir.

Daha ətraflı Baku TV-nin süjetində:

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri