21 
Sen
2021
16:40
256
20
1561
Virtual karabakh

Bütün dünyada məşhur olan Borçalı xalçaları - VİDEO

21 Sen, 2021
16:40
1561

Bütün dünyada məşhur olan Borçalı xalçaları - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Avropada, Amerikada və dünyanın dörd bir yanında Borçalı xalçalarına rast gəlinir.

Qonşu Gürcüstanda soydaşlarımızın kompakt yaşadıqları bölgəyə xas olan bu xalçalar bütün dünyada məşhurdur.

Belə ki, Avropa ölkələrində hərraclarda on minlərlə dollar qiymətinə satılan Borçalı xalçalarına maraq bu gün də böyükdür.

Hər zaman saxladıqları sürülərdən bol yun ehtiyatı olan azərbaycanlılar bundan xalça, palaz, kilim, eləcə də müxtəlif geyimlər toxuyublar.

O dövrlərdə yunun qiymətinin qızılla ölçüldüyünü nəzərə alsaq, bu sahəyə böyük marağın olması heç də təsadüfi deyil. Soydaşlarımızın kompakt yaşadıqları Tetritskaro (Ağbulaq) rayonunun Kosalar kəndindən olan toxucu Tərlan Qocayeva bu sənəti nənəsindən öyrəndiyini və bu günə qədər təxminən 2 min xalça toxuduğunu deyir.

“Revoven” təşkilatının rəhbəri Elnur Əlisoy bu xalçaların xarici ölkələrə ixrac olunduğunu, hazırlanması üçün müxtəlif materialların xaricdən idxal olunduğunu bildirir. Məlumat üçün onu da bildirək ki, Borçalı xalçalarının çeşniləri öz toxunma texnikası, simmetrik və ya türk toxuma üsulu ilə hazırlanmasına görə, həmçinin öz səciyyəvi xüsusiyyətləri ilə digər xalçalardan fərqlənir.

Daha ətraflı Baku TV-nin süjetində:

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri