23 
Sen
2021
15:44
15
270
2297
Virtual karabakh

Ukraynadakı “Azərbaycanska” və “Bakinska” küçələri niyə baxımsız vəziyyətdədir? - VİDEO

23 Sen, 2021
15:44
2297

Ukraynadakı “Azərbaycanska” və “Bakinska” küçələri niyə baxımsız vəziyyətdədir? - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ukraynada “Azərbaycanska” və “Bakinska” adlandırılan küçələr var.

Küçələrin baxımsız vəziyyətdə olması Baku TV-nin araşdırması ilə məlum olub.

“Bakinska” küçəsi Kiyevin Şevçenski rayonunda yerləşir. 1955-ci ildə Bakının şərəfinə adlandırılan küçə təxminən bir kilometr uzunluğundadır və hazırda bərpa olunmağa ciddi ehtiyacı var.

Səkiləri dağıdılan küçədə yalnız iki yerdə “Bakinska” yazılan lövhəyə rast gəlmək olur.

Eyni mənzərə Kiyevin Dnerperovski rayonunun kənarında yerləşən “Azərbaycanska” küçəsində də müşahidə olunur.

2001-ci ildən ölkəmizin adını daşıyan bu küçədə infrastruktur köhnəlib, natəmizlik baş alıb gedir.

Daha ətraflı Baku TV-nin süjetində:

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri