15 
Okt
2021
18:20
582
22
5265
Virtual karabakh

“Dəniz pişiyi” Alik Yusifov: “Bir mərmi - bir hədəf prinsipi ilə döyüşürdük” - VİDEO

15 Okt, 2021
18:20
5265

“Dəniz pişiyi” Alik Yusifov: “Bir mərmi - bir hədəf prinsipi ilə döyüşürdük” - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qazi Alik Yusifov ermənilərin qorxulu yuxusuna çevrilən igidlərdən olub.

Baku TV Ermənilərin “vururuq, üstümüzə gəlirlər” dedikləri “qarapaltarlılar”dan biri, Qubadlıya Azərbaycan bayrağını sancan SAT qrup komandiri (dəniz pişiyi) qazi Alik Yusifovla həmsöhbət olub. 

Alik Yusifov bir neçə dəfə yaralanmasına baxmayaraq döyüşməyə davam edib. Oktyabrın 30-da Xocavəndə 5 km məsafədə tankdan açılan atəş nəticəsində ağır yaralandıqdan sonra koma vəziyyətində xəstəxanaya çatdırılıb. 

A.Yusifov qrupu ilə birlikdə hər gün ortalama 7-8 kənd azad edərək irəliləyib. Döyüşləri yüksək peşəkarlıqla idarə edib. Ermənilərin atacağı addımları əvvəlcədən təxmin edərək qurduqları tələləri özlərinə qarşı istifadə edib, onları dəfələrlə pusquya salaraq məhv edib. 

Alik bir qolunun işləmədiyinə baxmayaraq hər an yenidən döyüş əməliyyatlarına qatılmağa, vətənin keşiyində durmağa hazır olduğunu deyir.

Ətraflı süjeti təqdim edirik:

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri