22 
Noy
2021
15:12
143
14
4481
Virtual karabakh

Nobel qardaşlarının həyatını dəyişən Dəmirağac - VİDEO

22 Noy, 2021
15:12
4481

Nobel qardaşlarının həyatını dəyişən Dəmirağac - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Payızda cənub meşələri bir başqa gözəl olur. Bu gözəlliyə özünəməxsus gözəllik qatan isə əlbəttə ki, dəmirağacdır. 

“Qırmızı Kitab”a düşən, dəmir kimi möhkəm olan bu ağacın yarpaqları payızda rəng çalarları ilə göz oxşayır. İl boyu vegetasiya dövrü keçirən dəmirağacın gövdəsi ağır olduğundan suda belə batır. Oduncağının möhkəmliyi qədimdən insanlarda maraq yaradıb. Elə milyonçu Nobel qardaşlarının da həyatı məhz dəmirağaca görə dəyişdi. Onlar tüfəng istehsalı ilə məşğul olan dövrdə ən yaxşı qundaq hazırlamaq üçün Lənkəran meşələrində bitən dəmirağacın sorağı ilə Azərbaycana gəlirlər. Sonradan hadisələr elə cərəyan edir ki, isveçli qardaşlar neft sahəsində ölkəmizdə böyük sərvət qazanırlar. 

Materialının möhkəmliyi səbəbindən bir vaxtlar dəmirağac maşınqayırmada, toxuculuqda geniş istifadə olunub. Hətta gövdəsinə mismar vurmaq mümkün olmur. Dəmirağac cənub bölgəsinə gələn yerli və əcnəbi turistlərin, elm adamlarının da diqqətini çəkir. Dəniz səviyyəsindən 400-600 metrə qədər yüksəkliklərdə rast gəlinən bu ağacın yarpaqları sıx olduğu üçün altında daim rütubətlilik olur. Yarpaq və kötüyündə turşuluq çoxdur və buna görə də kölgəsində bitki örtüyünə rast gəlinmir. Dəmirağac əsasən Hirkan Mili Parkında qorunur və bu parkın 20-25 faizini təşkil edir.

Ətraflı Baku TV-nin süjetini təqdim edirik:

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri