25 
İyn
2022
13:10
14
110
1229
Virtual karabakh

Kürdəmirdə ağac prospekti işıqsız qoydu - VİDEO

25 İyn, 2022
13:10
1229

Kürdəmirdə ağac prospekti işıqsız qoydu - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İki gün əvvəl Kürdəmirdə güclü külək rayonda bir neçə irigövdəli ağacları aşıraraq həm avtomobillərin hərəkətinə, həm də elektrik təsərrüfatına xeyli ziyan vurmuşdu. Bəzi ağaclar isə küləyin gücündən təhlükəli vəziyyətə, yəni aşmağa meyilli hala düşmüşdü.

Təhlükə mənbəyinə çevrilən irigövdəli ağaclardan biri axşam saatlarında rayonun Heydər Əliyev prospektindəki ticarət obyektinin üzərinə aşıb. Ağac ərazidən keçən elektrik xəttinə də zərər vurduğundan prospektin həmin hissəsinə verilən elektrik enerjisinin verilişi dayanıb. Analoji hadisə rayonun bir neçə küçə və prospektində də baş verib.

Hazırda sakinlər təhlükə saçan bu ağacların kəsilərək ərazidən uzaqlaşdırılmasını istəyir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli nümayəndəsinin iştirakı ilə yerində xüsusi akt tərtib olunub və müvafiq işlərə başlanılıb.

Qurumdan o da bildirilib ki, rayonda təhlükəli vəziyyət yaradan digər aşmaya meyilli ağaclar da xüsusi akt tərtib olunduqdan sonra onların yaratdığı təhlükəli vəziyyət qısa zamanda aradan qaldırılacaq.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri