16 
Avq
2022
13:12
21
179
3864
Virtual karabakh

Gəncə sakinlərinin PAZ problemi - VİDEO

16 Avq, 2022
13:12
3864

Gəncə sakinlərinin PAZ problemi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İllər ötsə də, Gəncə sakinləri hələ də ötən əsrin 60-70-ci illərinə məxsus nəqliyyat vasitələri ilə daşınırlar. 

Gəncə Beynəlxalq Avtovağzalında yararsız, istifadə müddətini çoxdan başa vuran PAZ markalı avtobuslardan istifadə olunur. Zaman ötdükcə texnikaların da ömrü tükənir. Sərnişinlər bu avtobuslarla əsasən Goranboy rayonuna və kəndlərinə daşınırlar. 

Gün ərzində təxminən 12 avtobus işləyir. Sürücülər deyirlər ki, avtobusların köhnə olması onları da qane etmir. Qazanılan pul elə təmirə xərclənir. 

Sərnişindaşımada PAZ markalı avtobuslarla yanaşı, İSUZU və digər xırda tutumlu mikroavtobuslardan da istifadə olunur. Lakin onlar da artıq sıradan çıxıb və sərnişin daşımağa yararsız hesab edilir. 

Avtobusların əksəriyyəti özəl şirkətlərə məxsusdur. Şirkət rəsmilərinin texnikaların yenilənməsi ilə bağlı fikirləri isə müxtəlifdir.

Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Gəncə Regional İdarəsinin rəisi Müzadil Həsənov deyir ki, sərnişindaşıma ilə məşğul olan nəqliyyat sistemlərinin dəyişdirilməsi istiqamətində iş aparılır. Avtobusların dəyişdirilməsi mərhələli şəkildə nəzərdə tutulub. Məlumata görə, hazırda ölkənin ikinci böyük şəhərindən bölgələrə sərnişin daşıyan köhnə avtobusların sayı 30-dan artıqdır. Texnikalarla yanaşı, avtobus parkları da yaxşı vəziyyətdə deyil.

Ətraflı Baku TV-nin süjetində:

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri