20 
Sen
2022
18:10
38
87
2109
Virtual karabakh

Şəkidə qəzalı məktəbin aqibəti necə olacaq? - VİDEO

20 Sen, 2022
18:10
2109

Şəkidə qəzalı məktəbin aqibəti necə olacaq? - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ötən əsrin 70-ci illərində inşa edilən, kənd təsərrüfatı təyinatlı olan binada tingçilik təsərrüfatı ilə məşğul olunub. Bina daha sonra tam orta məktəb kimi fəaliyyətə başlayıb. 140 yerlik məktəbdə hazırda 110 şagird təhsil alır. Məktəb binası 50 ildən artıqdır əsaslı təmir olunmayıb.

Uzun illər istismar olunan təhsil ocağı zaman keçdikcə qəzalı vəziyyətə düşüb. Söhbət Şəkinin Çeşməli kənd məktəbindən gedir.

Hər yeni tədris ili təzə məktəbə gedəcəklərini arzulayan şagirdlər hələ ki bu uçuq-sökük, təhlükə saçan tədris ocağında dərs keçmək məcburiyyətindədirlər. 

Övladlarını elm-təhsil dalınca göndərən valideynlər də bu vəziyyətdən çox narahatdırlar. Onlar son çarə yeri kimi Baku TV-yə müraciət ediblər.

Nəzərə alsaq ki, şimal-qərb bölgəsi seysmik zona sayılır, burada tez-tez zəlzələlər qeydə alınır. Qəzalı olan məktəbin isə belə təkanlara tab gətirməsi sual altındadır. 7 ildən artıq məktəbə rəhbərlik edən Aqil Əhmədov da aidiyyəti qurumlardan kömək istəyir.

Qəzalı vəziyyətdə olan məktəbin aqibəti ilə bağlı Şəki-Zaqatala Regional Təhsil İdarəsindən şifahi olaraq bildirilib ki, məsələdən xəbərdardırlar və bununla bağlı müvafiq orqanlara məlumat verilib. Məktəbin əsaslı təmir olunması nəzərdə tutulub. 

Təhsil ocağı ildən-ilə daha təhlükəli vəziyyətə düşür, müvafiq qurumların isə nə zaman sözdən əmələ keçəcəyi bəlli deyil. Hər halda göz önündə olan problem hər hansı bədbəxt hadisə baş vermədən həllini tapsa, yaxşı olar.

Ətraflı videonu təqdim edirik:

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri