23 
Sen
2022
21:11
20
444
4882
Virtual karabakh

Şəhid anası: “Oğlu olacağını bilmədən öldü” - VİDEO

23 Sen, 2022
21:11
4882

Şəhid anası: “Oğlu olacağını bilmədən öldü” - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Atasının ürəyi balasının yoxluğuna dözmədi. Heç bir xəstəliyi yox idi. Başı ağrıyanda dərman da atmırdı”.

Bunu Baku TV-də yayımlanan “Arzunun vaxtı” verilişində Ermənistanın təxribatı nəticəsində şəhid olan xüsusi təyinatlı hərbi qulluqçumuz Vadim Qocayevin anası Xalidə Qocayeva deyib.

Şəhidin anası qeyd edib ki, Vadim oğlunun dünyaya gələcəyindən xəbəri olmadan şəhid olub.

“Adını da qoymuşdu. Demişdi ki, nə vaxt oğlan olsa, adını Zeyd qoyarıq”, - deyə X. Qocayevə əlavə edib.

Həm Aprel döyüşlərində, həm də Vətən müharibəsində iştirak edən V. Qocayev yaralanması barədə ailəsinə məlumat verməyib.

“Atasına zəng etmişdi ki, Vadimin döyüş yoldaşı yaralanıb, ona paltar lazımdır. Sən demə, özü yaralanıbmış”, - deyə şəhidin qohumu deyib.

Qeyd edək ki, V. Qocayevin atası Alik Qocayev ürəktutmadan dünyasını dəyişib. Şəhid oğlunun nəşini gətirmək üçün Gəncəyə yollanan ata oğlunun cənazəsini təhvil almazdan öncə vəfat edib.

Daha ətraflı verilişi təqdim edirik:

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri