29 
Sen
2022
23:31
44
215
3574
Virtual karabakh

Bakıda hotel qiymətləri bahalaşıb? - VİDEO

29 Sen, 2022
23:31
3574

Bakıda hotel qiymətləri bahalaşıb? - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyada qismən səfərbərlik elan edildikdən sonra xarici ölkələrə axın edən rusiyalılar arasında Azərbaycanı seçənlər də var.

Ölkəmizin quru sərhədləri bağlı olduğundan şimal qonşumuzdan Azərbaycana gəlmək ancaq hava yolu ilə mümkündür. Buna baxmayaraq, artıq Azərbaycanda Rusiya vətəndaşlarının artımı müşahidə olunur.

Maraqlıdır, bu axın hotel qiymətlərinə necə təsir edib?

Hazırda paytaxtda olan hotellərin bir çoxu Rusiya vətəndaşları tərəfindən bron edilib. Bu faktı Hotellər və Restoranlar Assosiasiyanın rəhbəri də təsdiq edib.

Assosiasiyanın idarə heyətinin sədri Samir Dübəndinin sözlərinə görə, hotel qiymətləri mənzillərə nəzərən baha olduğu üçün rusiyalılar daha çox mənzillərə üz tuturlar:

“Axın davam edərsə, bu hal qiymətlərə təsir edə bilər”.

Daha ətraflı Baku TV-nin süjetində:

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri