Okt
2022
19:10
369
12
1631
Virtual karabakh

Qəhrəman şəhidlərin adını daşıyan küçələr - VİDEO

3 Okt, 2022
19:10
1631

Qəhrəman şəhidlərin adını daşıyan küçələr - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Torpaqlarımızın azadlığı uğrunda canlarını fəda edən şəhidlərimizin adları əbədiləşdirilir.

Tərtər şəhərinin mərkəzində yerləşən küçələrə şəhidlərin adları verilib. 5 küçə Birinci Qarabağ müharibəsi şəhidlərinin, 6 küçə isə İkinci Qarabağ müharibəsi şəhidlərinin adlarını daşıyır.

Küçələrdən biri düşmənin xeyli sayda hərbi texnikasını məhv edən “Azərbaycan bayrağı” ordenli şəhid Aslan Hüseynovun adını daşıyır.

“Aslanın iki övladı var. Onlar böyüyəndə fəxr edəcəklər ki, onların ataları Vətənə, xalqa xidmət edib”, - deyə şəhidin atası Malik Hüseynov qeyd edib.

Hər gün rayonun mərkəzi küçələrindən yüzlərlə insan keçir. Qəhrəmanların xatirəsinin əbədiləşdirilməsini böyük minnətdarlıqla qarşılayan sakinlər bildirir ki, bu, gələcək nəsillər üçün gözəl örnəkdir.

Daha ətraflı Baku TV-nin süjetində:

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri