24 
Noy
2022
15:40
20
271
1524
Virtual karabakh

Kiyevin 70 faizi susuz qalıb - VİDEO

24 Noy, 2022
15:40
1524

Kiyevin 70 faizi susuz qalıb - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ukraynada müharibə davam edir.

Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.

O bildirib ki, Rusiya ordusunun növbəti dəfə Ukrayna şəhərlərini uzaqmənzilli raket atəşlərinə məruz qoymasından sonra Kiyevdə kommunal xidmətlərlə bağlı problemlər artıb.

“Dünən saat 12-dən etibarən şəhərdə işıqla bərabər su da kəsilib. Hazırda Kiyevin 70 faizi susuz qalıb”, - deyə məlumatda qeyd edilib.

O da bildirilib ki, son vəziyyətlə əlaqədar sakinlərə Kiyevdən köçmək tövsiyə olunur.

“Kiyevdə bu təklif bir ay əvvəldən − şəhərin infrastrukturları raket hücumuna məruz qalandan bəri var. Lakin insanlar bildirirlər ki, harasa köçmək, yolda qalmaq onlar üçün daha çətindir, nəinki yaranan çətinliyə uyğunlaşmaq”, - deyə jurnalist əlavə edib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri