Dek
2022
19:26
191
39
2405
Virtual karabakh

Göygölün tarixi rəmzi olan Lüteran kilsəsi - VİDEO

8 Dek, 2022
19:26
2405

Göygölün tarixi rəmzi olan Lüteran kilsəsi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

120 ildən artıq Azərbaycanın müxtəlif bölgələrində mövcud olan alman koloniyalarından qalan maddi-mədəni irs nümunələrinin sayı kifayət qədərdir.

Bunlar arasında ən əhəmiyyətlilərindən biri, sözsüz ki, Lüteran kilsəsidir.

Almanların Helenendorf adlandırdığı Göygöldəki Müqəddəs İohann Lüteran kilsəsinin yaşı 165 ilə yaxındır. Yerli alman icmasının üzvləri məbədin ərsəyə gəlməsində fəal iştirak ediblər. Abidə memarlıq üslubu ilə bu gün də maraq kəsb edir.

Kilsənin pastoru dini məbədlə üzbəüz binada yaşayıb. Yaxınlıqdakı binada isə kilsədə xidmət edən keşişlər məskunlaşıblar. Məbədin iki girişi olub, biri kilsə xadimləri, digəri isə sakinlər üçün nəzərdə tutulub.

Kilsə bu gün həm Göygölün tarixi rəmzlərindən biri, həm də Azərbaycan multikulturalizminin nümunəsi kimi qorunur.

Məbəd 2004-cü ildən etibarən Göygöl rayon Tarix-Diyarşünaslıq Muzeyi kimi fəaliyyət göstərir. Muzeydə almanların  həyat  tərzini, Forer qardaşları tərəfindən emalına başlanan şərabçılığın  inkişafı tarixini əks etdirən xüsusi guşə fəaliyyət göstərir.

Qeyd edək ki, alman memarlıq üslubunu özündə ehtiva edən Lüteran kilsələri Gədəbəy, Şəmkir və Şamaxıda da mövcuddur.

Daha ətraflı Baku TV-nin süjetində:

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri