Fev
2023
19:50
21
281
2329
Virtual karabakh

Qazsız qalan kəndlərdən birinin məktəbli sakini: “Dərs oxumaq yerinə odun daşıyıram” - VİDEO

3 Fev, 2023
19:50
2329

Qazsız qalan kəndlərdən birinin məktəbli sakini: “Dərs oxumaq yerinə odun daşıyıram” - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu il qış çox sərt keçir.

Qarlı-şaxtalı hava şəraiti əsasən də dağlıq rayonlarda qışın qayğılarını daha da artırıb. 

Şimal-qərb bölgəsində hələ də mavi yanacaq üzünə həsrət qalan kəndlər var. Şəkinin Aşağı Layısqı kəndi kimi.

“Dəmir yolunun yanında bağım var. Oradan ağac kəsib araba ilə evə gətirirəm”, - deyə kənd sakini qeyd edib.

Min nəfərə yaxın sakini olan Oğuzun Xalxal kəndində də əhali illərdir eyni problemlə üz-üzə qalıb.

Sakinlər deyir ki, həyətlərindəki ağacları kəsmək məcburiyyətində qalırlar.

“10-cu sinifdə oxuyuram, məktəbə səhər gedib, günorta qayıdıram. Dərslərimi oxumaq yerinə gəlib həyətdə odun daşıyıram. İndiyə kimi üç maşın odun gətirmişik. 800-1000 manat xərcimiz çıxıb”, - kənd sakini Mikayıl Şəmiyev deyib.

Daha ətraflı Baku TV-nin süjetində:

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri