18 
Mar
2023
18:28
25
145
2760
Virtual karabakh

Neftçaladakı su problemi ilə bağlı aidiyyəti qurum nə deyir? - VİDEO

18 Mar, 2023
18:28
2760

Neftçaladakı su problemi ilə bağlı aidiyyəti qurum nə deyir? - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Neftçala sakinləri susuzluq problemindən əziyyət çəkirlər.

Sakinlər deyirlər ki, nə içməyə, nə paltar yumağa, nə də mal-qaraya verməyə su tapırlar.

Rayon sakini Hilal Cəfərovun sözlərinə görə, problem 2019-cu ilin noyabrında Fövqəladə Hallar Nazirliyinin gəmilərinin Kür çayının deltasında qazma işlərinə balamasından sonra yaranıb.

“Bu qazma nəticəsində Kür çayına şor suların sürətli axını başladı”, - deyə o əlavə edib.

“Meliorasiya və Su Təsərrüfatı” ASC-nin rəsmi Riad Axundzadə də məsələyə münasibət bildirib: 

“Kür çayının deltasında aparılmış qazma işləri nəticəsində hər hansı bir çökəklik yaranmayıb. Sel və daşqınlara qarşı mübarizə tədbirlərinə uyğun olaraq 2020-ci ildə Fövqəladə Hallar Nazirliyi tərəfindən Kür çayı ilə dəniz arasındakı hissə təmizlənib və suyun dənizə sərbəst axını təmin edilib. Lakin sonrakı 2021-2022-ci illərdə Kür çayında suyun sərfinin azalması nəticəsində Xəzər dənizindən duzlu suların çaya əks-axımı baş verib. Bunun da qarşısının alınması məqsədi ilə 2022-ci ilin avqust-noyabr aylarında çayın dənizə qovuşan hissəsində bəndlər tikilib”. 

Ətraflı Baku TV-nin süjetini təqdim edirik:

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri