29 
Mar
2023
16:16
9
180
1500
Virtual karabakh

Sumqayıtda müəmma: Bir məhəllədə ay ərzində üç dəfə yanğın olub - VİDEO

29 Mar, 2023
16:16
1500

Sumqayıtda müəmma: Bir məhəllədə ay ərzində üç dəfə yanğın olub - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sumqayıt şəhəri, H.Əliyev prospekti, 9-cu məhəllə, bina 9 ünvanında, üçmərtəbəli yaşayış binasının qarşısında üç ədəd şam ağacı yanıb.

Alov Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları tərəfindən genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Sakinlərin sözlərinə görə, sözügedən ərazidə daha əvvəl də iki dəfə yanğın baş verib:

“Bir ay ərzində artıq üçüncü hadisədir. İlk yanğın fevralın 26-da qonşunun qarajından başladı. Əmlakı yanıb kül olmuşdu. İkinci hadisə olanda tez çatdıq, alışmağa qoymadıq”.

O da qeyd edilib ki, sonuncu yanğında FHN əməkdaşları əraziyə vaxtında gəlməsəymişlər, qarajda partlayış ola bilərmiş.

Ətraflı Baku TV-nin süjetini təqdim edirik:

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri